Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının İran, İraq və Livana səfərlərinə məhdudiyyətlər tətbiq edib.
Qərarın hazırkı regional vəziyyət fonunda qəbul edildiyi bildirilib.
Nazirlik bütün rəsmi tövsiyələrə ciddi əməl olunmasının vacibliyini xüsusi vurğulayıb.
Rəsmi açıqlamada qeyd olunur ki, adı çəkilən ölkələrdə olan BƏƏ vətəndaşlarına mümkün qədər tez həmin əraziləri tərk etmək və ölkəyə qayıtmaq tövsiyə edilir.

