Milli Onkologiya Mərkəzində partlayış olub.
Partlayış otaqların birində baş verib.
Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.

