Yaponiyada Asahiyama zooparkının əməkdaşı həyat yoldaşının qalıqlarını qanunsuz məhv etdiyini etiraf edib. Bu barədə Daily Mail məlumat yayıb.
Qadının itkin düşməsi ilə bağlı axtarışlar onun rəfiqəsinin müraciətindən sonra başlayıb. Bildirilib ki, qadın 2026-cı ilin mart ayının sonunda yoxa çıxıb. Polis ərindən izahat alsa da, o, qadının harada olduğunu açıqlaya bilməyib və ziddiyyətli cavablar verib.
Yalnız 23 aprel tarixində kişi etiraf edib ki, həyat yoldaşının qalıqlarını zooparkda ölü heyvanların yandırılması üçün istifadə olunan sobada məhv edib.

İstintaq zamanı məlum olub ki, qadının yoxa çıxmasından az əvvəl o, həyat yoldaşına “səni elə yandıracağam ki, heç nə qalmayacaq” deyə hədələyib.
Hazırda hüquq-mühafizə orqanları qadının ölüm şəraitini araşdırır.

