ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərildiyi ehtimal olunur. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, bu ehtimallar İsrail, Kamboca və Pakistan liderlərinin Trampın namizədliyini dəstəkləməyə hazır olduqlarını bildirməsi ilə bağlı əvvəlki açıqlamalara əsaslanır.
Lakin qeyd olunur ki, bu məlumatı rəsmi şəkildə təsdiqləmək mümkün deyil, çünki Nobel mükafatına namizədlərin siyahısı ənənəvi olaraq gizli saxlanılır.
Bu il nüfuzlu mükafat uğrunda 208 nəfər və 79 təşkilat mübarizə aparır.
Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken bildirib ki, bu dəfə namizədlər arasında ötən illə müqayisədə daha çox yeni sima var.
Qeyd edək ki, 2026-cı ilin laureatının adı 9 oktyabrda açıqlanacaq, mükafatlandırma mərasimi isə 10 dekabrda keçiriləcək.

