Azərbaycanın dövlət xadimi, keçmiş diplomat Hidayət Orucov vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, Hidayət Orucov 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hidayət Orucov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə dövlət müşaviri, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
O, 2012-2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Hidayət Orucov dövlət idarəçiliyi, diplomatiya və ictimai-siyasi fəaliyyət sahəsində uzun illər xidmət göstərmiş şəxslərdən biri kimi tanınırdı.

