Məsud Pezeşkianın İran prezidenti seçilməsi ölkədə yaşayan türk, ərəb və başqa zülmə məruz qalan qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir.
Den.az xəbər verir ki, bu sözləri mühacirətdə yaşayan İran ərəblərinin nüfuzlu siyasi fəalı, yazıçı Yusif Əzizi Bənitorəf deyib.
O, Məsud Pezeşkianın adı olan secici bülleteninin üzərində ərəbcə “Azərbaycan, gözün aydın! Doktor Məsud Pezeşkian, Azərbaycan, Əl-Əhvaz, birlik-birlik" mətni yazılmış foto paylaşıb:
“İran prezident seçkilərində doktor Məsud Pazeşkianın qələbəsi, əsasən, türk, ərəb və digər İran xalqlarının əleyhdarlarının, monarxistlərin, antitürklərin və digər düşmənlərin məğlubiyyətidir. O, möcüzələr göstərməyəcək, amma dost Azərbaycan xalqına və İrandakı digər xalqlara minimum tələblərinə çatmaq üçün az da olsa, inam yaradacaq”.
Günəç Fərəh
Den.az
“Azərbaycan, gözün aydın" - Pezeşkianın seçilməsinə REAKSİYA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.