ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına alaraq səsvermədə saxtakarlıq ola biləcəyini iddia edib.
“Reuters” agentliyinin məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında Braziliyadakı seçki prosesini kəskin tənqid edib.
“Mənə dəhşətli göründü. Açığı, bu, növbəti saxtalaşdırılmış seçkiyə bənzəyirdi”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp seçkilərdə heç bir namizədi dəstəkləmədiyini desə də, səsvermənin keçirilməsi və səslərin hesablanması qaydasına etirazını ifadə edib. Lakin o, saxtakarlıq iddialarını təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Xatırladaq ki, oktyabrın 25-də Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib.
Rəsmi nəticələrə görə, Lula da Silva səslərin 51,79 faizini, rəqibi Flaviu Bolsonaro isə 48,21 faizini toplayıb.
Bolsonaro əvvəlcə seçkinin nəticələrini tanımaqdan imtina edərək onların ləğvini tələb edəcəyini bildirib. Lakin daha sonra onun təmsil etdiyi partiya seçki nəticələrini qəbul edib.

