Türkiyə Superliqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” derbisi meydanda kütləvi qarşıdurma ilə başa çatıb.
Türkiyə mediasının məlumatına görə, doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edən “Qalatasaray”ın futbolçuları ilə “Fənərbağça” oyunçuları arasında final fitindən sonra dava düşüb.
Qarşıdurma “Fənərbağça”nın futbolçusu Arçi Braunla “Qalatasaray”ın müdafiəçisi Əbdülkərim Bardakçı arasında mübahisədən başlayıb.
Əvvəlcə sözlü mübahisə edən futbolçular daha sonra fiziki qarşıdurmaya giriblər.
Hadisəyə müdaxilə edən polis əməkdaşları oyunçuları ayıraraq vəziyyəti nəzarət altına alıblar.
İnsident nəticəsində hər iki futbolçu qeyri-idman davranışına görə qırmızı vərəqə ilə cəzalandırılıb.

