Azərbaycanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü beynəlxalq təcrübə və elmi araşdırmalara əsaslanır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, qanun qüvvəyə minməzdən əvvəl bir il davam edəcək keçid dövrünün tətbiqi planlaşdırılır.
Bununla yanaşı, bəzi məsələlər hələ də həllini tapmayıb. Söhbət əsasən istifadəçilərin yaşının yoxlanılması və effektiv texniki nəzarət mexanizmlərinin yaradılmasından gedir.
Hikmət Hacıyev vurğulayıb ki, qanunun icrası yalnız dövlətin üzərinə düşməməlidir. Bu prosesdə valideynlər, müəllimlər, bloqerlər və sosial media platformaları da fəal iştirak etməlidir.

