Türkiyə sənət adamlarının Bakıda keçirdiyi konsertdən böyük miqdarda gəlir əldə etmələri ilə bağlı ölkə mətbuatında yayılan məlumatlar böyük müzakirəyə səbəb olur.
Onların arasında Ebru Gündəş, Hadisə və Mahsun Qırmızıgülün adları keçir. Məsələn, bu yaxınlarda Bakıda qonaq olan Türkiyəli müğənni Hadisə "Dalğa Beach”də açıq havada konsert verib və tədbirdən 5 milyon TL (328000 manat) qazanıb. Bundan əlavə Ebru Gündeş də keçirdiyi konsertdən Türkiyəyə 2.5 milyon lirə döndüyü bildilir.
Bəs, Azərbaycanda 3 günlük konsert layihəsi ilə çıxış edən, Xalq artisti Röya Ayxan nə qədər pul qazanıb? Müğənninin mətbuat xidmətinin rəhbəri Elvin Elxan Qaynarinfo-ya açıqlamasında bildirib ki, Röya Ayxan üçgünlük "Biri var” adlı solo konsertindən əldə olunan vəsaitlə bağlı məlumat vermək istəmir:
"Azərbaycan estrada sənətində Röya Ayxandan başqa kassa dolduran müğənni yoxdur. Bütün biletlər satılmışdı, bir yer boş deyildi. Röya Azərbaycanda yeganə müğənnidir ki, konsert biletlərinin üstündə dava gedir. Biz düşündük ki, konserti dördüncü gün də keçirsək ki, bilet almayan insanlar kənarda qalmasın. Təəssüf ki, buna nə zaman, nə də enerjimiz qalmamışdı. Konsert başdan ayağa şoudan ibarət idi, Röya xanım da fiziki olaraq çatdıra bilmirdi”.
Müğənninin sözçüsü onun 25 ildir ki, sənətdə olduğunu vurğulayıb:
"Bu illər ərzində konsertdən gəlir əldə edib, heç bir zaman konsertdən ziyanla çıxmayıb. Biz iddia etmirik ki, batdıq, pul qazana bilmədik, Röya xanım qazanmasa ildə iki dəfə konsert verər? Büdcə açıqlanmır. Röya xanımın xarakterinə zidd olduğu üçün büdcəni açıqlamırıq. Əlbəttə ki, gəlir əldə olunub”.
Röya konsertdən nə qədər qazanıb? - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.