iyn
2023
16:17
216

Xaçikyan ƏSƏBLƏŞDİ: “Ermənistanın kadastr şəhadətnaməsi olmadığını düşünürdünüzsə, niyə hakimiyyətə gəldiniz?”

1 iyn, 2023
16:17
216

Xaçikyan ƏSƏBLƏŞDİ: “Ermənistanın kadastr şəhadətnaməsi olmadığını düşünürdünüzsə, niyə hakimiyyətə gəldiniz?”

“Ermənistanın kadastr şəhadətnaməsi olmadığını düşünürdünüzsə, niyə hakimiyyətə gəldiniz?”.

Den.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Artur Xaçikyan deyib. O bildirib ki, Ermənistan baş nazirinin və cəmiyyətin davranışı anlaşılmazdır: "Şarl Mişelin bəyanatı Qərbin ikili standartlarından xəbər verir. Avropa Şurasının rəhbəri açıq şəkildə dedi ki, ermənilərin heç bir hüququ yoxdur, otuz illik danışıqlar prosesi dəyərsizdir. Əsas odur ki, neft və qaz Bakıdadır. Üstəlik, Ermənistan rəhbərliyinin bütün hərəkətləri Qərbin, Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir".

“Əgər Ermənistanın kadastr şəhadətnaməsi olmadığını düşünürdünüzsə, niyə beş il əvvəl hakimiyyətə gəldiniz. Siz "Artsax"ın və anklavların təslim edilməli olduğunu düşünürsünüz? Bu insanlar (Paşinyan - red) korrupsiyaya qarşı mübarizəni iflasa uğratdılar, demokratik ölkə qura bilmədilər. Demokratik ölkədə məmur vətəndaşın üzünə tüpürməz, ölən hərbçilərin valideynlərinə belə qəddar münasibət göstərməz”, - deyə Xaçikyan vurğulayıb.

O bildirib ki, son 105 ildə erməni xalqı belə ağır vəziyyətdə olmayıb: “Yaxşı yaşamaq üçün "Artsax"ı təslim edəcəyik” tezisi gülünc və tamamilə yalandır. Çünki Azərbaycan Zəngəzur dəhlizindən danışır. Ermənistan baş nazirinin və cəmiyyətimizin davranışıanlaşılmazdır. Xalqımız sanki narkotikin təsiri altındadır", – deyə Artur Xaçikyan fikirlərini tamamlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar