Gürcüstandan daha 50 qanunsuz miqrant deportasiya edilib.
Ölkədən çıxarılan şəxslər arasında Azərbaycan, Nigeriya, Əfqanıstan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları var.
Gürcüstandan deportasiya edilən əcnəbilərin 2 ildən 5 ilədək ölkəyə girişinə qadağa qoyulur.
Bununla belə, ölkəni könüllü şəkildə tərk edən şəxslərə bu məhdudiyyət tətbiq edilmir.

