Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib.
Bildirilib ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur.
Bu səbəbdən sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına ciddi riayət etmələri tələb olunur.
Həmçinin yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğu, düzgün qablaşdırılması və etibarlı şəkildə bərkidilməsi təmin edilməlidir.
Sürücülərə nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmək, iş və istirahət rejiminə əməl etmək, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək tövsiyə olunub.
BDYPİ sürücüləri sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməməyə, hərəkət zamanı hava və yol şəraitini nəzərə almağa çağırıb.

