Ukraynanın paytaxtı Kiyevdə dron hücumu nəticəsində azərbaycanlı həlak olub.
Həlak olan şəxs 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərovdur. O, əslən Azərbaycanın Lənkəran rayonundan olub və Kiyevin Vişnevka rayonunda yaşayıb.
Məlumata görə, Aşur Əkbərov sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən Rusiya ordusunun dron hücumuna tuş gəlib. O, hadisə yerində həyatını itirib.

