apr
2024
12:00
72

"Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir" - İLGİNC AÇIQLAMA

3 apr, 2024
12:00
72

"Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir" - İLGİNC AÇIQLAMA

"Tehran Ermənistanın baş naziri Nikol Paşinyanın 5 apreldə Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşündən niyə narahatlığını bildirmir, niyə İran Xarici İşlər Nazirliyinin açıqlaması yoxdur? Axı Tehran hər zaman bəyan edir ki, bölgənin problemləri ilə bölgə ölkələri məşğul olmalı, kənar dövlətlərin müdaxiləsi yolverilməzdir".

Mövzu ilə bağlı "Den.az"a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, əgər Paşinyan Tehranın təbirincə desək, kənar oyunçuları – ABŞ və Fransanı bölgədə yerləşdirməkdə qərarlıdırsa, məntiqlə İranın hakimiyyət strukturları buna etiraz etməlidirlər:

"Tehrandan isə səs çıxmır, əksinə Fransanın İrəvandakı səfiri bəyan edib ki, Ermənistan məsələsində Parislə Tehran eyni mövqedən çıxış edirlər. Bu o deməkdirmi ki, Tehran Fransa kimi ABŞ-ın da Ermənistanda möhkəmlənməsinə etiraz etmir? Bu artıq Tehranın baş düşmənlərindən biri olan ABŞ-ın Ermənistan üzərindən İranla sərhəddə yaxınlaşması deməkdir. Bütün bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü".

Politoloqun sözlərinə görə, Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir:

"Ermənistan keçmiş illərdə yalnız bir ölkə - Rusiyadan asılı idisə, hazırda İrəvanın qulluq etdiyi ölkələrin siyahısı artıb, burada İran da var, ABŞ, Avropa İttifaqı və Fransa da. Belə çıxır ki, Nikol Paşinyan ölkəsiylə bağlı qərar verməsi üçün bu ölkələrin tamamının rəyini nəzərə almalıdır. Bu isə praktik olaraq mümkün deyil, çünki bır sıra hallarda böyük oyunçuların maraqları kəsişir".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar