“Forbes” 2026-cı ildə ən çox dividend gəliri əldə edən 75 rusiyalı sahibkarın siyahısını açıqlayıb.
Siyahıya LUKOIL-un təsisçisi Vahid Ələkbərov başçılıq edir. Onun dividend ödənişlərinin ümumi məbləği 106,2 milyard rubl təşkil edib.
İkinci yerdə NOVATEK-in İdarə Heyətinin sədri Leonid Mixelson və ailə üzvləri qərarlaşıb. Onların NOVATEK və SIBUR-dan əldə etdikləri ümumi dividend gəliri 87,1 milyard rubl qiymətləndirilib.
İlk üçlüyü isə hər iki şirkətin direktorlar şurasında təmsil olunan Gennadi Timçenko tamamlayıb. Onun dividend gəliri 71,5 milyard rubl təşkil edib.
Vahid Ələkbərov daha əvvəl də bu siyahıda lider olub. O, 2023 və 2024-cü illərin nəticələrinə görə də birinci yeri tutub.

