12 
apr
2024
19:38
169

Paşinyanın Bakıya qarşı qurduğu plan Ermənistanın əleyhinə: Nə baş verir?

12 apr, 2024
19:38
169

Paşinyanın Bakıya qarşı qurduğu plan Ermənistanın əleyhinə: Nə baş verir?

"Azərbaycanın ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesinə qatılmaması Ermənistanı çətin vəziyyətə salıb. Paşinyan hesab edirdi ki, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə Azərbaycana təzyiqlər ediləcək və beynəlxalq missiya Qarabağdan köçən ermənilərin geri qayıtmasına nail olacaq. Beləcə ermənilər əlavə şərtlərlə çıxış edəcəklər və rəsmi Bakı Qərbin təzyiqi ilə bu şərtlərlə razılaşacaq. Bununla da Azərbaycan öz qoşunlarını "güzgü prinsipi" ilə geri çəkəcək. Amma Prezident İlham Əliyevin strateji və manevr siyasəti Ermənistanı növbəti dəfə siyasi məğlubiyyətə uğratdı".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd əsədullazadə səsləndirib. O bildirib ki, Paşinyanın Qərbdə Azərbaycan əleyhinə qurmaq istədiyi siyasi təzyiq planları Ermənistanın əleyhinə işləyir:

"Azərbaycan həm Zəngəzur dəhlizindən imtina edir və İran ərazisindən keçməklə yeni "koridor" yaradır, həm də Vaşinqton və Brüsselin vasitəçiliyindən boyun qaçırır. Bu, Azərbaycanın geosiyasi mövqelərinin daha da güclənməsinə gətirib çıxarır. Azərbaycana nə Moskvada, nə də Qərbdə danışıqlar aparmaq sərf edir. Çünki Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Rəsmi Bakı üçün Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparmaq, xarici ölkələrə səfərlər etmək vaxt itkisidir. Belə danışıqlar prosesi Ermənistanın maraqlarına uyğundur". 

Politoloqun sözlərinə görə, ötən gün Ermənistan xarici işlər nazirinin müavini Safaryan vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını və Qarabağ məsələsini gündəmdə saxladıqlarını vurğulayıb: "Göründüyü kimi Ermənistan hakimiyyəti öz avantürist siyasətindən geri çəkilməyib. Əlverişli siyasi şərait formalaşdırıb. Azərbaycana qarşı siyasi şərtlərlə çıxış etməyi planlaşdırır. Məhz prezident İlham Əliyev master-klass siyasəti ilə ABŞ, Brüssel və İrəvanın ölkəmiz əleyhinə siyasətini fiaskoya uğradıb".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar