Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İlkin Məmmədov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İlkin Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

