Bərdə rayonunda minik avtomobilinin eşşək arabasına çırpılması nəticəsində bir nəfər həyatını itirib.
Denmedia.azxəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.
Bərdə rayon sakini Mənsur Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən eşşək arabasını vurub.
Qəza nəticəsində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

