ABŞ-ın Corciya ştatında ad günü mərasimi zamanı baş verən atışmada 11 yeniyetmə yaralanıb.
Bibb dairəsinin şerifi Devid Devisin sözlərinə görə, gənclər bir qızın ad gününü qeyd ediblər. Kirayələdikləri evdən çıxarıldıqdan sonra onlar əyləncəni davam etdirmək üçün parka yollanıblar.
Bir müddət sonra küçənin qarşı tərəfində başqa bir qrup peyda olub. Tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra hər iki qrup silah çıxararaq bir-birinə atəş açmağa başlayıb.

