12 
iyl
2023
19:00
239

"Azərsu"nun sahə rəisi məsuliyyətsizliyə görə 1500 manat cərimələndi

12 iyl, 2023
19:00
239

"Azərsu"nun sahə rəisi məsuliyyətsizliyə görə 1500 manat cərimələndi

“Azərsu" ASC-nin Birləşmiş Sukanal MMC-nin Regional Siyəzən Sukanal İdarəsinin vəzifəli şəxsləri cərimələniblər. 

Den.az-ın Valyuta.az-a istinadən məlumatına görə, Siyəzən Sukanal İdarəsinin vəzifəli şəxsləri işçilərə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının tələblərini pozmaqda günahlandırılıblar. 

Belə ki, sözügedən vəzifəli şəxslərin məsuliyyətsizlikləri nəticəsində 1 dekabr 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısındakı kanalizasiya quyusunda iş görən həmin qurumun çilingəri səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı kimi az ağır xəsarətlər alıb. 

İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru Ramil Əliyev tərəfindən 31 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib. 

Məhəkəmənin qərarı ilə Regional Sukanal idarəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri və Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin rəisi İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 manat inzibati cərimə tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar