Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs saxlanılıb.
Den.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1978-ci ildə Gədəbəy rayonunda doğulmuş, ali təhsilli, evli, Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) iş icraçısı vəzifəsində çalışan Nazim İsmayılov (ad-soyad şərti) 9 iyul 2023-cü il tarixdə "VAZ 2107” markalı avtomobillə Gəncə şəhərindəki H.Əliyev prospektində yerləşən xəstəxananın qarşısında saxlayıb, başçının orada olub-olmadığını soruşub.
Nazim İsmayılov hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmaq və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq edib. Polis onu saxlayaraq, barəsində protokol tərtib edib və işi məhkəməyə göndərib.
Məhkəmənin qərarı ilə Nazim İsmayılov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb və 20 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Gəncə şəhər MKTİB-in rəisi Nurəhməd Əhmədovdur.
İcra başçısının avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs həbs edildi - TƏFƏRRÜAT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.