Xəbərin Kateqoriyası: Elm & Ixtira / Maraqli məlumatlar

Marsa səfər insanları qocaldacaq



Marsa uçuş kosmik missiyanın hər bir ekipaj üzvünü radiasiya ilə təmasa görə 2,5 il qocaldacaq.

Den.Az xəbər verir ki, bu haqda “RİA Novosti” Mosvkada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatına istinadən məlumat yayıb.

“Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra  maksimum günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium “sığınacaqda” olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb. 

Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, - deyə sənəddə bildirilir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız