Səmimi təbəssüm və gülüş immun sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin “Kimya və biotexnologiya” kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov URA.RU-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insan nə qədər tez-tez sevinc hissi keçirirsə, bunun orqanizmə müsbət təsiri bir o qədər çox ola bilər.
“İnsan səmimi şəkildə sevinəndə, gülümsəyəndə və güləndə beyin və endokrin sistem endorfinlər ifraz edir. Bu maddələr immun sisteminin xüsusi hüceyrələri olan NK-hüceyrələrini aktivləşdirir. Həmin hüceyrələr viruslara, bakteriyalara və şiş hüceyrələrinə qarşı mübarizədə iştirak edir”, – deyə Litvinov izah edib.

Onun sözlərinə görə, müntəzəm gülüş və müsbət əhvali-ruhiyyə orqanizmin yad və dəyişmiş hüceyrələri tanıyaraq məhv etməsinə kömək edə bilər.
Alim bildirib ki, bu proses orqanizmin infeksiyalara və digər sağlamlıq risklərinə qarşı müdafiəsinə müsbət təsir göstərə bilər.

