Kenyanın Makueni bölgəsində bir neçə avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 17 nəfər ölüb.
Denmedia.az xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.
Qəza şənbə günü səhər saatlarında ölkənin əsas nəqliyyat magistrallarından biri olan Nayrobi–Mombasa avtomobil yolunda baş verib.
Çox sayda nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada ən azı 17 nəfərin həyatını itirdiyi bildirilib.
Hadisənin səbəbləri araşdırılır.



