Bakıda qətl hadisəsi olub.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.
Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.
Əldə etdiyimiz xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.
Araşdırma aparılır.

