Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu Mountbatten-Windsor polisə qarşı məhkəmə prosesi başladıb. O, maliyyəçi Cefri Epşteynlə əlaqələri ilə bağlı istintaq çərçivəsində verilən axtarış orderlərinin qanuniliyinə etiraz edir.
The Telegraph yazır ki, söhbət polisə Endryunun Sandringem malikanəsindəki evində və Vindzordakı keçmiş iqamətgahı “Royal Lodge”da axtarış aparmağa imkan verən orderlərdən gedir. Həmin icazələr hüquq-mühafizə orqanlarının müraciəti əsasında Old-Beyli məhkəməsi tərəfindən verilib.
Məlumata görə, Endryu axtarışların qanuni olub-olmadığının məhkəmə tərəfindən yoxlanılmasını istəyir. Yüksək Məhkəmədə yaxın günlərdə qapalı iclasın keçirilməsi və işlə bağlı bəzi sənədlərin açıqlanıb-açıqlanmamasının müzakirə olunması gözlənilir.
Endryu fevral ayında dövlət vəzifəsində mümkün qanun pozuntusu şübhəsi ilə saxlanılıb və sonradan istintaq çərçivəsində sərbəst buraxılıb. Araşdırma onun Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Epşteynlə həssas məlumatları paylaşdığına dair iddialarla bağlıdır. O, ona qarşı irəli sürülən ittihamları rədd edir.

