Asqırarkən burnu sıxıb ağzı bağlamaq sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər.
Bu barədə RT ilə söhbətində “SM-Klinika”nın oftalmoloqu Gunva Al-Terk xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, asqırığı güclə saxlamaq zamanı yaranan təzyiq baş ağrısı, qulaqlarda tutulma hissi və hətta qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.
Bundan başqa, təzyiqin artması burun-udlaq nahiyəsindəki ifrazatın orta qulağa keçməsinə və iltihabın yaranmasına şərait yarada bilər.

Asqırığı saxlamaq gözlərə də təsir edə bilər. Belə ki, gözün səthindəki kiçik damarlardan biri partlaya və nəticədə subkonyunktival qanaxma, yəni gözün ağ hissəsində qırmızı qan ləkəsi yarana bilər.
Mütəxəssis buna görə də asqırığı süni şəkildə saxlamağın məsləhət görülmədiyini bildirib.

