Müasir münasibətlərdə əsas problemlərdən biri bəzi kişilərin qadınlardan ailəyə maddi töhfə verməyi gözləməsi, lakin ev işlərini onlarla bölüşməyə hazır olmamasıdır.
Bu barədə klinik psixoloq Darya Salnikova “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, cəmiyyətin bir hissəsi hələ də ailənin bütün maddi təminatının kişinin üzərinə düşdüyü ənənəvi modeli dəstəkləyir. Bununla yanaşı, qadınlar getdikcə daha çox karyera qurmağa, peşəkar uğurlar qazanmağa və özlərini iş həyatında reallaşdırmağa çalışırlar.
“Buradan yeni problem yaranır: Belə şəraitdə ailəni necə qurmaq, özünə uyğun tərəfdaşı necə tapmaq olar? Qadın həm işində uğurlu olmağa çalışır, həm də evdə mehriban və zərif qalmaq istəyir. Bunu edərkən qarşı tərəfin özünə hörmətini zədələmədən, onunla bərabər münasibət qurmaq da vacibdir”, – deyə Salnikova bildirib.

Psixoloqun fikrincə, cəmiyyət hazırda ailədaxili rolların dəyişdiyi bir mərhələdən keçir və bu prosesdə müxtəlif münasibət modelləri formalaşır.
“Burada mütləq doğru və ya yanlış seçim yoxdur. Əgər mövcud münasibət modeli sizi qane edirsə, bu, normaldır. Əsas məsələ tərəfdaşınızla açıq danışmaq və qərarlarınızı müstəqil şəkildə verməkdir”, – deyə mütəxəssis vurğulayıb.

