Kanal D-nin məşhur “Uzak Şehir” serialında Sadaket obrazını canlandıran Gonca Cilasun rolu üçün 8 kiloqram arıqladığını açıqlayıb.
Aktrisa bildirib ki, bu qərarı övladını itirən ananın yaşadığı iztirabları daha inandırıcı şəkildə əks etdirmək üçün verib.
Cilasunun sözlərinə görə, Sadaket obrazının yaşadığı faciə olduqca ağırdır. Öz əli ilə övladının həyatına son qoyan ananın mənəvi sarsıntısını təsvir edən aktrisa “Bu, dünyada ən çətin şeydir” deyib.

Gonca Cilasun hesab edir ki, obrazın keçirdiyi sarsıntı onun xarici görünüşündə də hiss olunmalıdır.
“Öz əli ilə övladının həyatına son qoyan ana müəyyən mənada özünü cəzalandırır”, – deyə aktrisa bildirib.
Cilasun əlavə edib ki, Sadaket obrazını hələ də eyni həyəcanla canlandırır və hər bölümdə onun yaşadığı ağrıdan yenidən təsirlənir.

