Türkiyəli məşhur aktrisa Gökçe Bahadır ilk dəfə ana olmağa hazırlaşır. Təxminən 6 aylıq hamilə olan sənətçi yeni fotosunu sosial şəbəkədə paylaşıb.
2022-ci ildə musiqiçi Emir Ersoy ilə ailə quran aktrisa həyat yoldaşı ilə birlikdə ilk övladlarının dünyaya gəlməsini gözləyir.
Hamiləliyini ictimaiyyətin diqqətindən uzaqda keçirməyə üstünlük verən Gökçe Bahadır bu dəfə güzgü qarşısında çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.
Aktrisanın yeni görüntüsündə böyüyən qarnı diqqət çəkib.


