Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündə ilk qələbəsini qazanıb.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız Bakıda Litva millisini qəbul edib.
“8-ci kilometr” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurub.
Azərbaycan millisi qrupda növbəti oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

