Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan bu dəfə makiyajsız görüntüsü ilə diqqət çəkib.
Sosial şəbəkələrdən fəal istifadə edən sənətçi Instagram hesabında makiyajsız çəkdirdiyi yaxından fotosunu izləyiciləri ilə bölüşüb.
Seda Sayan paylaşımını “No Make Up” (Makiyajsız) qeydi ilə yayımlayıb.
Müğənninin səhnə və televiziya çəkilişlərindən kənarda, təbii görünüşü ilə paylaşdığı foto sosial şəbəkələrdə diqqət çəkib.


