Pakistanda təxminən 5 min etirazçı 2023-cü ildən həbsdə olan keçmiş Baş nazir İmran Xanın azadlığa buraxılması tələbi ilə İslamabada doğru hərəkətə başlayıb.
Hayber Pahtunhva əyalətinin Lakki Marwat bölgəsində toplaşan nümayişçilər avtomobil karvanı ilə paytaxta yola düşüblər.
Etirazçılar İmran Xanın azadlığa buraxılması ilə yanaşı, onun xəstəxanaya köçürülməsini də tələb edirlər.

Hakimiyyət orqanları isə nümayişçilərin paytaxta daxil olmasının qarşısını almaq üçün İslamabadın girişlərini barrikadalarla bağlayıb, şəhər boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.
Paytaxtın əsas girişlərində polis qüvvələrinin sayı artırılıb və vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, İmran Xanın saxlanılmasından sonra ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları başlamışdı. İslamabad, Ravalpindi, Lahor, Karaçi və Peşaver başda olmaqla bir sıra şəhərlərdə onun tərəfdarları küçələrə çıxmışdı.

Həmin etirazlar zamanı 9 nəfər həyatını itirmiş, 290-dan çox insan yaralanmışdı. İmran Han isə 12 may 2023-cü ildə məhkəmə qərarı ilə azadlığa buraxılmışdı.

