Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin münaqişənin həlli məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüş keçirməyə hazır olduğunu açıqlayıb.
Zelenski bu barədə Telegram hesabında məlumat verib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri Moskva və Kiyevlə əlaqə saxlayaraq oktyabrın sonunadək texniki səviyyədə üçtərəfli görüş keçirməyi təklif ediblər.
“Dünən onlara tərəfimizin bu təşəbbüsü dəstəkləməyə hazır olduğunu təsdiqlədim”, – deyə Zelenski bildirib.
Ukrayna lideri görüşün Birləşmiş Ərəb Əmirliklərində və ya ABŞ-ın təklif edəcəyi başqa bir ölkədə keçirilə biləcəyini qeyd edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Ukraynadakı münaqişənin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
“Prezident Trampla uzun illərdir kifayət qədər yaxşı münasibətlərimiz var. Ukrayna böhranının həlli üçün göstərdiyi səylərə görə ona minnətdaram. Dəfələrlə dediyim kimi, o, buna inanır və bunu səmimi şəkildə edir”, – deyə Putin bildirib.

