Bakının Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanıb. Bundan sonra həmin avtomobil zəncirvari qəzanın yaranmasına səbəb olub.
NİİM sürücüləri təhlükəsiz ara məsafəsi saxlamağa, avtomobildə texniki nasazlıq yarandığı halda isə qəza dayanma nişanını ən azı 30 metr məsafədə dərhal quraşdırmağa çağırıb.
“Əks halda təkcə siz deyil, digər sürücülər də qəzanın iştirakçısına çevrilə bilər”, – deyə müraciətdə bildirilib.

