24 
may
2023
12:28
195

"Azərbaycanda vərəm xəstələrinin sayı kritik səviyyədə deyil" - TƏBİB

24 may, 2023
12:28
195

"Azərbaycanda vərəm xəstələrinin sayı kritik səviyyədə deyil" - TƏBİB

"Ölkədə vərəm xəstələrinin sayı ilə bağlı kritik vəziyyət yoxdur".

Den.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Sadəcə ölkəmizdə vərəm xəstələrinin daha effektiv, keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması, müalicəsini təmin etmək üçün bu sahə ilə bağlı xəstəxanalar fəaliyyət göstərir", - o vurğulayıb.

V.Qurbanov bildirib ki, bu gündən əvəllər COVID-19 xəstələri üçün istifadə olunan Saray modul tipli xəstəxanası vərəm xəstələrinin müalicəsi üçün istifadə ediləcək.

O bildirib ki, 200 yataqdan ibarət olan Saray xəstəxanası Abşeron Mərkəzi Rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərəcək:

“Xəstəxana ən yeni avadanlıqlarla təchiz olunub. Xəstəxananın nəzdində olan 10 nəfərlik çarpayı fondu olan reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyət göstərəcək. Bu da ağciyər vərəminin ağırlaşmış formalarından əziyyət çəkən xəstələrin müalicəsi üçün istifadə olunacaq”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar