Zeynep Bastıkla Serkay Tütüncünün Çeşmədə keçirilən toyundan sonra müğənninin hamilə olduğu barədə yayılan iddialara özü aydınlıq gətirib.
Sentyabrın 2-də dəniz kənarında təşkil olunan mərasimlə evlənən cütlük toydan sonra xoşbəxt anlarını sosial şəbəkədə paylaşmağa davam edib. Lakin bəzi fotolarda Zeynep Bastıkın qarın nahiyəsinin daha qabarıq görünməsi hamiləlik şayiələrinə səbəb olub.
33 yaşlı müğənni izləyicilərinin suallarını cavablandıraraq yayılan iddiaları təkzib edib.

“Gəlinlikdəki sərt balenlər bəzi yerlərdə önə çıxıb və fotolarda, videolarda şişkinlik kimi görünərək göz yanılması yaradıb. Hələ hamilə deyiləm”, – Bastık bildirib.
Beləliklə, müğənni toyundan qısa müddət sonra yayılan hamiləlik iddialarına son qoyub.

