İran Hörmüz boğazının açılması üçün ABŞ-yə vasitəçilər vasitəsilə yeddi şərt təqdim edib.
Tasnim agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, İranın ali rəhbərliyi tərəfindən təsdiqləndiyi bildirilən bu şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.
“İran Hörmüz boğazının açılması üçün vasitəçilər vasitəsilə Amerika tərəfinə yeddi şərt təqdim edib. İran İslam Respublikasının ali instansiyaları tərəfindən təsdiqlənmiş bu yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq”, – mənbə bildirib.
Mənbə həmçinin qeyd edib ki, İranla Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil.
Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan boğazın bundan sonrakı taleyi Vaşinqtonun atacağı addımlardan asılı olacaq.

