Payız aylarında əhvalın aşağı düşməsinin qarşısını almaq üçün qidalanmaya diqqət yetirmək vacibdir. Dietoloq Darya Rusakova “Moskva 24”ə açıqlamasında xüsusilə yağlı balıq növlərinin faydalı ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, rasiona qızılbalıq, skumbriya və siyənək kimi yağlı balıqları daxil etmək məqsədəuyğundur. Bu balıqlarda olan omeqa-3 yağ turşuları sinir və immun sisteminin normal fəaliyyəti üçün vacibdir.

Rusakova həmçinin payız mövsümündə balqabaq, çaytikanı, quşüzümü, alma və digər mövsümi məhsulların daha çox istehlakını tövsiyə edib.
Dietoloq hinduşka əti və pendiri də xüsusi qeyd edib. Bu məhsullar serotoninin sintezi üçün lazım olan triptofan amin turşusu ilə zəngindir.
Bundan əlavə, rasiona qoz, badam və fındıq əlavə etmək tövsiyə olunur. Mütəxəssisin sözlərinə görə, bu məhsullar maqnezium və digər faydalı maddələrlə zəngindir.

