Bakının Xətai rayonunda 8 Noyabr prospektinin ayrı-ayrı hissələrində təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri sentyabrın 14-də saat 09:00-dan etibarən aparılacaq.
Agentlik bildirib ki, görüləcək işlər zamanı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmayacaq.
Sürücülərdən həmin ərazilərdə diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.

