ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Devid Raş dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirini etiraf etməyə razılaşıb.
Associated Press-in məlumatına görə, Raşın evində aparılan axtarış zamanı təxminən 40 milyon dollar dəyərində 300 qızıl külçə aşkarlanıb.
Agentlik bildirir ki, keçmiş CIA əməkdaşı ilkin etiraf razılaşması bağlayıb. Federal hakim ittihamın rəsmiləşdirilməsi üçün müddəti oktyabrın 8-dək uzadıb ki, tərəflər könüllü etiraf sazişini yekunlaşdıra bilsinlər.
Bu razılaşma açıq məhkəmə prosesindən yayınmağa da imkan verə bilər. Çünki işin məhkəmədə geniş müzakirəsi zamanı məxfi materialların üzə çıxması ehtimalı olduğu qeyd edilir.
Razılaşmanın detalları isə hələlik açıqlanmır.

