“Arka Sokaklar” serialında canlandırdığı Zeliha obrazı ilə tanınan Yüsra Geyik tələbəlik illərində Kıvanç Tatlıtuğla bağlı maraqlı xatirəsini bölüşüb.
Enis Arıkanın YouTube proqramına qonaq olan aktrisa 15 yaşından serialda çəkilməsinə baxmayaraq, təhsilini də uğurla davam etdirdiyini bildirib.
Geyikin sözlərinə görə, həm məktəb, həm də universitet illərində dərsləri yaxşı olub və bütün fənlər üzrə qeydlərini müntəzəm aparıb. Universitetdə onunla eyni təhsil müəssisəsində oxuyan Kıvanç Tatlıtuğ isə bir gün həmin dərs qeydlərini istəyib.

Aktrisa həmin anı xatırlayarkən “Mən hətta Kıvanç Tatlıtuğa belə dərs qeydləri vermişəm” deyib. O, Tatlıtuğun onun qeydlərini istədiyini eşidəndə çox sevindiyini də bildirib.

