Azərbaycanda sentyabrın 11-də qeydə alınan 45 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin üstü açılıb.
Denmedia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sutka ərzində axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85-i borclu şəxs kimi axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 21 fakt, qanunsuz saxlanılan silah və sursatların aşkarlanması üzrə isə 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Sentyabrın 11-də keçirilən tədbirlər zamanı yaşayış yerini ailə üzvlərinə məlumat vermədən tərk etdikdən sonra itkin düşmüş kimi axtarılan 8 nəfər də tapılaraq aidiyyəti qurumlara təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində sutka ərzində təxminən 34 kiloqram narkotik vasitə və 5342 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Bundan əlavə, polis əməkdaşları ümumi çəkisi 2,1 ton olan 1967 ədəd yabanı narkotik tərkibli bitkini aşkarlayaraq məhv ediblər.
Paytaxtda və ölkənin müxtəlif rayonlarında keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı 2 avtomat, 7 tüfəng, 2 daraq və müxtəlif çaplı 10 patron aşkar edilərək götürülüb.
DİN bildirib ki, qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq götürülməsi, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

