Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, təmsilçimiz turnirin final mərhələsində İsveç cüdoçusu Narek Vardanyanla qarşılaşıb.
Rəşid Məmmədəliyev həlledici görüşdə rəqibinə qalib gələrək Macarıstan Böyük Dəbilqəsinin çempionu olub.
Beləliklə, Azərbaycan cüdoçusu turniri qızıl medalla başa vurub.

