İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu Vaşinqtona keçirilib.
Axios nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkədə bildirib ki, tərəflərin İtaliyada görüşü əvəzinə İsrail və Livanın səfirləri ABŞ Dövlət Departamentində danışıqlar aparacaqlar.
Görüşdə son hadisələr, eləcə də İsrail və Livan arasında çərçivə sazişinin icrası müzakirə olunacaq.

