“Sumqayıt” futbol klubu növbəti transferini reallaşdırıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, Fransa təmsilçisi “Qrenobl”un sabiq futbolçusu Mamadi Banqre ilə müqavilə imzalanıb.
25 yaşlı vingerlə “1+2” illik müqavilə bağlanıb. O, “Sumqayıt”ın heyətində 11 nömrəli forma ilə çıxış edəcək.
Mamadi Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. Futbolçu karyerası ərzində “Tuluza”, “Trua”, “Po” və “Qrenobl” klublarında forma geyinib.
Yarımmüdafiəçi həmçinin Burkina-Faso millisinin heyətində 9 oyun keçirib.

