Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və digər əyləncə layihələrinin istehsalı ilə məşğul olacaq şirkət yaradıb.
Reuters-in məlumatına görə, yeni şirkət “Hope and Hard Work” (“Ümid və zəhmət”) adlanır. Bu ifadə Trüdonun siyasi çıxışlarında tez-tez istifadə etdiyi şüarlardan biri olub.
Şirkət Trüdonun uzun illər aparat rəhbəri kimi çalışmış Keti Telford ilə birlikdə təsis edilib. Bildirilir ki, yeni layihənin məqsədi kino, televiziya, audio və canlı tədbirlər vasitəsilə insanları bir araya gətirən və onların bir-birini daha yaxşı anlamasına kömək edən hekayələr hazırlamaqdır.
Trüdo 2025-ci ildə Kanadanın baş naziri vəzifəsindən ayrılıb. Buna baxmayaraq, o, ictimai çıxışlarını və müxtəlif mövzularda açıqlamalarını davam etdirir.
Bir neçə ay sonra isə Trüdonun amerikalı müğənni Keti Perri ilə münasibətdə olduğu barədə xəbərlər yayılmışdı.

