İran ABŞ ilə danışıqlara yalnız Tehranın irəli sürdüyü şərtlərin qəbul ediləcəyi təqdirdə hazır olduğunu bildirib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bu barədə “X” sosial şəbəkəsində yazıb. Əzizinin mövqeyi İranın son aylarda Vaşinqtonla danışıqları müəyyən şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirməsi fonunda səslənib.
“Heç bir danışıq olmayacaq. İranın şərtləri qəbul edilməyənədək danışıqların mənası yoxdur”, – Əzizi bildirib.

