Nyu-Yorkun Bruklin rayonunda uşaq meydançasında baş verən silahlı insident nəticəsində iki nəfər ölüb.
RIA Novosti Nyu-York polisinin məlumatına istinadən xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 33 və 35 yaşlı iki kişini güllə yaraları ilə aşkarlayıblar.
Yaralılar xəstəxanalara çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Polisin məlumatına görə, hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb. Araşdırma davam edir.

